Abşeron rayonunda 108 min ədəd yararsız yumurta məhv edilib


Digərləri 27 İyl 2019 08:23:00 234 0

Abşeron rayonunda 108 min ədəd yararsız yumurta məhv edilib

Abşeron rayonunda istehsal olunan 108 min ədəd toyuq yumurtası məhv edilib.

Qida Təhlükəsizliyi Agentliyindən Son.az-a bildirilib ki, hadisə rayonun Hökməli qəsəbəsi, "At yalı" adlanan ərazisində fəaliyyət göstərən Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsində baş verib.

Belə ki, müəssisəyə baxış zamanı 108 min ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu məlum olub.

Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt Şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.