Ən çox satılan iPhone modeli məlum oldu


Digərləri 27 İyl 2019 08:25:00 208 0

Ən çox satılan iPhone modeli məlum oldu

İstehlakçı Kəşfiyyat Araşdırma Tərəfdaşlarının (CIRP) tərəfindən yayımlanan hesabata görə iPhone XR 2019-ci ilin üçüncü rübündə ən çox satan iphone modeli olub.

Son.az chip.az-a istinadən bildirir ki, istehlakçı Kəşfiyyat Araşdırma Tərəfdaşlarının (CIRP) 2019-ci ilin üçüncü rübünü əhatə edən satış rəqəmlərinə əsaslandırdığı hesabatına görə, bu dövrdə ən çox satılan model iPhone XR oldu.

iPhone XS, iPhone XS Maks və XR modelləri, 2019-cu ilin üçüncü rübündə ABŞ-da iPhone satışlarının 67 faizini təşkil edərkən, iPhone XR modelinin payı 48 faiz səviyyəsindədir.

ABŞ-da 749 dollarlıq qiymət etiketi satılan iPhone XR-in qiyməti 2200 AZN-dir.