iPhone 11da USB TypeC olmayacaq


Digərləri 27 İyl 2019 08:01:00 303 0

iPhone 11da USB TypeC olmayacaq

"iPhone 11" smartfonu yeni prosessorla təchiz ediləcək, lakin "USB Type-C" konnektoru nəzərdə tutulmayıb. Bu haqda "9to5Mac" portalının redaktoru Qilermo Rambo məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, versiyalardan biri standart, digəri ucuz, üçüncü versiyanın ölçüsü isə böyük olacaq. Təxmin edilir ki, üç yeni model "iPhone XS", "XS Max" və "XR" qurğularını əvəz edəcək. Hər üç model yeni prosessorla təchiz ediləcək, standart və böyük modellər "3x OLED Retina" displeyinə malik olacaqlar.

Bundan başqa, böyük modellərdə üçqat əsas kameraların quraşdırılması haqqında informasiya təsdiqlənib. Lakin smartfonlarda konnektorlar əvvəlki kimi (Lightning) qalacaq.