Zobun dərmansız və əməliyyatsız müalicəsi varmı? Heç kimin bilmədiyi metod nədir?


Digərləri 26 İyl 2019 20:50:00 280 0

Zobun dərmansız və əməliyyatsız müalicəsi varmı?  Heç kimin bilmədiyi metod nədir?

Endokrin xəstəlik olan qalxanvari vəzin patologiyaları, zob, hormonal pozuntu kimi xəstəliklərin hazırda 2 növ müalicəsi var: dərman müalicəsi və əməliyyat.

Alimlər bildirir ki, qalxanvari vəzin işini pozan səbəb neyro-immun-endokrin tənzimin pozulmasıdır. Əgər sinir, immun və endokrin sistem bərabər düzgün çalışırsa, qalxanvari vəzidə baş verən xırda dəyişiklik aradan qaldırılır, orqanizm özü-özünü sağaldır.

Son.az medicina.az-a istinadən bildirir ki, hazırda yer üzündə yüz minlərlə insan hormonal dərmanlar alır, əməliyyat olur, eləcə də qalxanvari vəzin bədxassəli şişləri yayılıb.

Tibbdə endokrin xəstəliklərin müalicəsində çox adamın bilmədiyi və həkimlərin də tətbiq etmədiyi 3-cü bir metod da var imiş. Bu metodu 20 ildir tibbi təcrübədə Rusiyada tətbiq edirlər. Müalicə kompüter refleksoterapiya adlanır.

İnsan orqanizmində daxili instrument var, hansı ki, qalxanvari vəzin işində problem olduqda sinir, immun və endokrin sistemi sinxronizə edir. Bu, bioloji aktiv nöqtələrdir, vegetativ sinir sistemi ilə baş beyinə bağlıdır. 

Bioloji aktiv nöqtələr vasitəsilə orqanizmə təsir iynəbatırma, elektropunktura, biopunktura və kompüter refleksoterapiyası ilə aparılır. 

Kompüter reflekstoterapiya tokla bioloji aktiv nöqtələrə təsirdir, bu zaman xəstə heç bir cərəyan təsiri hiss etmir. Bu metod digərlərindən kor-koranə yox, dəqiq və kompüter proqramı olması ilə seçilir. 

Komputer nöqtələrin rezervini görür və bioloji potensialı bərpa etmək üçün lazımi qədər cərəyan verir.