Avropa Komissiyası Bolqarıstanı və İspaniyanı məhkəməyə verib


Dünya 26 İyl 2019 20:24:00 250 0

Avropa Komissiyası Bolqarıstanı və İspaniyanı məhkəməyə verib

Avropa Komissiyası Bolqarıstanı və İspaniyanı məhkəməyə verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb həmin ölkələrin öz vətəndaşlarını havanın çirklənməsindən qoruya bilməməsi olub.

Komissiyanın izahatında deyilir: "Bolqarıstan kükürd-dioksidin (SO2), İspaniya isə azot-dioksidin (NO2) yol verilə bilən həddinə riayət etmir.

İspaniyada iki iri şəhərdə: Madriddə və Barselonada daha pis vəziyyət yaranıb. Bu şəhərlərdə havanın çirklənmə dərəcəsi daim artmaqdadır. Komissiyanın bəyanatında deyilir: "İspaniyada havanın keyfiyyəti barədə təqdim edilmiş yeni məlumatlar azot-dioksidin yol verilə bilən həddi barədə Avropa İttifaqının qəbul etdiyi və 2010-cu ildən etibarən qüvvədə olan qaydaların mütəmadi pozulmasını təsdiq edir".

Avropa Ətraf Mühit Agentliyinin məlumatına görə, azot-dioksidin müəyyən olunmuş həddinə riayət edilməməsi İspaniyada hər il 9 minə yaxın insanın vaxtsız ölümünə səbəb olur.