Radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb


Digərləri 26 İyl 2019 19:50:00 221 0

Radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb

Dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov komitənin 2019-cu ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyib.

Sədr müavini bildirib ki, 2019-cu ilin ilk 6 ayı ərzində dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilərək ümumi sayı 940-a çatıb. İcmalardan 907-i İslam, 33-ü qeyri-islam təmayüllüdür. Hesabat dövründə ümumilikdə 32 dini icma (31-i İslam, 1-i qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınıb.

G.İsmayılov vurğulayıb ki, komitə tərəfindən hesabat dövründə radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan dini təriqətlərin təlimlərini yaymaq, tərəfdarlarını artırmaq, dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə dini ədəbiyyatın ölkəyə idxalına, çapına və yayılmasına xüsusi önəm verdiklərini nəzərə alaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilib: