Qəzaya düşən şəxs bir gün sonra xəstəxanda öldü


Digərləri 26 İyl 2019 19:38:00 247 0

Qəzaya düşən şəxs bir gün sonra xəstəxanda öldü

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Masallı rayonunun 2-ci Səmidxan kənd sakini Səadət Manafova yerləşdirildiyi xəstəxanada ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyulun 24-də saat 18 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Masallı qəsəbə sakini D.Məmmədovun idarə etdiyi "Mercedes", Səmidxan kənd sakini R.Ağazadənin idarə etdiyi "VAZ-21011" və Ərkivan qəsəbə sakini S.Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.

Nəticədə R.Ağazadənin sərnişini, 2-ci Səmidxan kənd sakini S.Manafova xəstəxanaya yerləşdirilib və iyulun 25-də orada ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Milli.az