Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək


Digərləri 26 İyl 2019 19:05:00 262 0

Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Avqustun 1-də Bakı Fond Birjasında (BFB) Qara Dəniz Ticarət və İnkişaf Bankının korporativ istiqrazları üzrə hərrac keçiriləcək.

Bakı. Avqustun 1-də Bakı Fond Birjasında (BFB) Qara Dəniz Ticarət və İnkişaf Bankının korporativ istiqrazları üzrə hərrac keçiriləcək. BFB-dən Trend-ə verilən məlumata görə, korporativ, təmin olunmamış istiqrazın emissiya həcmi 10 milyon AZN, nominal dəyəri 1000 AZN, tədavül müddəti 730 gün, faiz gəliri 9,25 faizdir. İstiqrazlar 2021-ci il iyulun 31-də ödəniləcək. “PAŞA Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir. Hərracda iştirak etməkdə maraqlı olanlar birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.