Rusiyalı gimnast: Festivalın qızıl medalı böyük əhəmiyyət daşıyır


Digərləri 26 İyl 2019 18:44:51 218 0

Rusiyalı gimnast: Festivalın qızıl medalı böyük əhəmiyyət daşıyır

Bakıdakı yarışlardan təəssüratlarım parlaqdır.

Bakı. Cani Babayeva - Bakıdakı yarışlardan təəssüratlarım parlaqdır. Bunu Trend-ə XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlarda halqalarla hərəkətlərdə birinci yeri tutmuş rusiyalı idmançı Muhammadcon Yakubov deyib. Gimnast bildirib: "Bakıdakı yarışlardan təəssüratlarım parlaqdır, hər şey xoşuma gəldi. Mənim üçün Avropa Gənclər Yay Olimpiya Festivalının qızıl medalı böyük əhəmiyyət daşıyır. Bu, mənim ilk böyük yarışımdır və mən qələbəmə görə çox şadam".