Aleynanın 200 min dollarlıq heykəli hazırlanacaq


Digərləri 26 İyl 2019 18:33:00 223 0

Aleynanın 200 min dollarlıq heykəli hazırlanacaq

Türkiyənin gənc ulduzlarından olan Aleyna Tilkinin mum heykəli hazırlanacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu səbəbdən müğənni dünyanın məşhur lider, sənətçi və idmançılarının heykəllərinin yer aldığı "Madame Tussauds" Museyinin İstanbul şöbəsinə dəvət olunub. Onun saç, göz rəngi analiz olunacaq, ölçüləri alınaraq heykəlin duruşu müəyyənləşdiriləcək. Bundan başqa, Aleyna muzeyə heykələ geydirilməsi üçün geyimlərindən birini də bağışlayacaq.

Qeyd edək ki, sözügedən heykəllərin hazırlanması üçün 40 nəfər 8 ay müddətində işləyir. Mum heykəllərin ortalama dəyəri isə 200 min dollardır.