Günay küsülü olduğu müğənnilərdən danışdı


Şou-biznes 26 İyl 2019 17:33:00 198 0

Günay küsülü olduğu müğənnilərdən danışdı

Müğənni Günay İbrahimli "Hər şey daxil" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçiyə şou-biznesdə küsülü olduğu sənətçilərlə bağlı sual ünvanlanıb. Günay danışmadığı ifaçıların adını açıqlayıb:

"Əvvəl Natavan Həbibi ilə küsülü idik. Sonra yaxınlarımız bizi barışdırdı. Sevda Yahyayeva ilə də aramızda adi bir mübahisə olmuşdu. İndi heç kimlə küsülü deyiləm. Gərək küsməmək üçün insanın özüylə hər şeyi aydınlaşdırasan".