Lənkəranda qəzaya uğramış İran gəmisinin heyəti xilas olunub


Digərləri 26 İyl 2019 16:30:00 187 0

Lənkəranda qəzaya uğramış İran gəmisinin heyəti xilas olunub

Lənkəranda qəzaya uğramış İran gəmisinin heyəti xilas olunub

Bakı. Lənkəranda qəzaya uğramış İran gəmisinin heyəti xilas olunub. Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildiriblər. Məlumata görə, bu gün saat 14:15-da Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə gön­də­ril­ib. Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlamış, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.