Baş Polis İdarəsi: Polisin ünvanına söylənilən fikirlər tamamilə həqiqətdən uzaqdır


Digərləri 26 İyl 2019 15:46:00 241 0

Baş Polis İdarəsi: Polisin ünvanına söylənilən fikirlər tamamilə həqiqətdən uzaqdır

Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında "polis işçisinin şok səs yazısı yayıldı" sərlövhəli yazıda iddia olunan məlumatlar, videogörüntülər absurd xarakter daşıyır. Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılaraq, orada adı çəkilən şəxslərin kimliyi və fəaliyyəti öyrənilib.

Son.az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, müəyyən olunub ki, orada adı çəkilən, yaxud səs yazısı olduğu iddia olunan şəxs bölgə rayonlarından birinin polis şöbəsində polis nəfəri olmuş Lətif Hacıyev 2013-cü ildə daxili işlər orqanlarından xaric olunub.

Bu məlumat polis orqanları ilə hər hansı bir dəqiqləşdirmə aparmadan, reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına səbəb olub. Qeyd olunanlardan xəbərsiz olan şəxslərin sosial media platformalarında polisin ünvanına söylədiyi fikirlər tamamilə həqiqətdən uzaqdır, faktlar dəlil-sübutlara əsaslanmır:

"Deyilənləri nəzərə alaraq, sosial şəbəkə istifadçilərinə, mətbuat nümayəndələrinə tövsiyə edirik ki, polisin adı hallanan məlumatları hazırlayarkən, dəqiqləşdirmə aparmadan sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məlumatları yaymasınlar".