Lənkəran limanı yaxınlığında İran gəmisi qəzaya uğrayıb


Digərləri 26 İyl 2019 15:35:00 224 0

Lənkəran limanı yaxınlığında İran gəmisi qəzaya uğrayıb

Lənkəran limanı yaxınlığında İran gəmisi qəzaya uğrayıb.

Son.az xəbər verir ki, Dövlət Dəniz Agentliyindən Trend-ə verilən məlumata görə, saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru - yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri və Dövlət Sərhəd Xidmətnin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir.


Xəbərə aid foto