Bakıda dəhşətli hadisədə ölən Samir Bağırovun FOTOLARI


Digərləri 26 İyl 2019 15:40:00 220 0

Bakıda dəhşətli hadisədə ölən Samir Bağırovun FOTOLARI

2 gün əvvəl Bilgəh çimərliyində 3 nəfərin dənizdə boğularaq ölməsi barədə məlumat vermişdik.

Son.az publika.az-a istinadla xəbər verir ki, paytaxt sakinləri, 1996-cı il təvəllüdlü Şamxal Ağayev, 1996-cı il təvəllüdlü Asiman Cavadov və 1985-ci il təvəllüdlü Samir Bağırov dənizdə boğulub və onların meyitləri sudan çıxarılaraq ailələrinə təhvil verilib.

Bildirilir ki, hadisə vaxtı 24 yaşlı Samir dostunu xilas etməyə çalışıb və o da suda boğulub. Özəl şirkətlərdən birində çalışan Samirin bəzi fotolarını təqdim edirik.

Faktla bağlı Sabunçu prokurorluğunda araşdırma aparılır.


Xəbərə aid fotolar