Türkiyə bayrağını təhqir edən aktyorla bağlı cinayət işi açıldı FOTO


Dünya 26 İyl 2019 13:28:00 236 0

Türkiyə bayrağını təhqir edən aktyorla bağlı cinayət işi açıldı  FOTO

Türkiyəli aktyor Mehmet Akif Alaturk bayrağa hörmətsizlik etdiyi üçün haqqında cinayət işi başladılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor sosial şəbəkədə Türkiyə bayrağının şəklini paylaşaraq "Bu, Rıfkı cumhuriyyətinin bayrağı deyil?" sözlərini yazıb.

Daha sonra izləyiciləri paylaşımla bağlı polisə müraciət edib və aktyor ölkə suverenliyini təhqir etdiyi üçün onunla bağlı araşdırma işi başladılıb.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Mehmet Akif Alakurt "Metropalas", "Zeytin Dalı", "Sıla", "Hacı", "Adanalı", "Reis", "Fatih ve Fetih" kimi seriallarda rol alıb.