Türkiyədən suriyalı qaçqınlara sərt


Dünya 26 İyl 2019 12:00:00 223 0

Türkiyədən suriyalı qaçqınlara sərt

Türkiyə Təhlükəsizlik Qüvvələri Suriyadan olan qaçqınların İstanbuldan deportasiya olunmalarına etiraz olaraq mitinq keçirmələrinə icazə verməyəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir bildirib ki, suriyalı qaçqınlar Türkiyənin qanunlarına hörmətlə yanaşmalıdırlar.

Qeyd edək ki, ötən gün suriyalı qaçqınlar İstanbuldan çıxarılaraq qeydiyyat yerlərinə qaytarılmalarına etiraz olaraq mitinq keçirəcəkləri barədə fikirlər səsələndiriblər.