"TIR" minik avtomobili ilə toqquşdu (FOTO)


Digərləri 26 İyl 2019 10:00:00 214 0

"TIR" minik avtomobili ilə toqquşdu (FOTO)

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Bakıl. Ceyhun Ələkbərov - Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza Binəqədi qəsəbəsi, Biləcəri dairəsi adlanan yerdə qeydə alınıb. Qəza minik avtomobili ilə "TIR" arasında baş verib. Dairəyə girən yük avtomobili "Hyundai" markalı minik avtomobilini arxadan vurub. Qəzada xəsarət alan olmasa da, minik maşınına ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunublar.