"Olimpiya Gənclər Festivalı"nda danimarkalı idmançı zədə aldı


Digərləri 26 İyl 2019 09:31:11 182 0

"Olimpiya Gənclər Festivalı"nda danimarkalı idmançı zədə aldı

Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət olub.

Bakı. İlhamə İsabalayeva - Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət olub. Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, müraciət edənlərdən biri 16 yaşlı Danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından Kliniki Tibbi Mərkəzə çatdırılıb. İdmançıya lazımi yardım göstərildikdən sonra buraxılıb. Digər 3 nəfər müraciət edən şəxs yarışlar keçirilən ərazidə xidmət aparan əməkdaşlar olub. Onların ikisi baş ağrısından, biri isə arterial təzyiqin artmasından şikayətlənib. Müraciət edən polis əməkdaşlarına həkimlər yerində yardım göstəriblər.