Çilidə polis bölməsində bomba partlayıb


Dünya 26 İyl 2019 08:39:00 220 0

Çilidə polis bölməsində bomba partlayıb

Çilinin paytaxtı Santyaqonun Euçurab bələdiyyəsinin polis bölməsində poçtla göndərilən bombanın partlaması nəticəsində səkkiz nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Mercurio" qəzeti bildirib.

Məlumata əsasən, daha bir ədəd partalyıcı qurğu ölkənin sabiq Daxili İşlər nazirinə Rodriqo İnspeteruya göndərilib.

Bildirilir ki, xəsarət alanların hamısı polis əməkdaşlarıdırlar, yalnız bölməyə göndərilmiş bomba partlayıb.