"Queen" qrupu üç yeni klip buraxmağa hazırlaşır


Digərləri 26 İyl 2019 07:35:00 230 0

"Queen" qrupu üç yeni klip buraxmağa hazırlaşır

"Queen" qrupu üç yeni klip buraxmağa hazırlaşır. Son.az AZƏRTAC-a istinadən bildirir ki, kollektiv bu barədə özünün "Facebook" səhifəsində yazıb.

Yazıda deyilir ki, musiqiçilər bu yolla "Bohemian Rhapsody" mahnısının klipinin "YouTube" platformasında 1 milyard baxış sayı toplamasını qeyd etmək istəyirlər.

Bu məqsədlə ifaçılar müsabiqə elan ediblər. Müsabiqə şərtlərinə görə, "Queen"in bütün pərəstişkarları həmin videokliplərin yaradılmasında iştirak edə bilərlər.

Müsabiqə qrupun "Biz qalibik" ("We are the Champions") mahnısının analogiyası üzrə "Siz qalibsiniz" ("You are the Champions") adı altında keçiriləcək.