Azərbaycan Türkmənistandan pambıq məhsulları alır


Digərləri 26 İyl 2019 01:57:02 247 0

Azərbaycan Türkmənistandan pambıq məhsulları alır

Ötən həftə Türkmənistanın dövlət əmtəə və xammal birjalarının hərraclarında 73 əməliyyat qeydə alınıb

Aşqabad. Hüseyn Həsənov - Ötən həftə Türkmənistanın dövlət əmtəə və xammal birjalarının hərraclarında 73 əməliyyat qeydə alınıb. Trend-in məlumatına görə, hərracda rəngsiz təbəqə şüşəsi, pambıq parça ipliyi, pambıq-lifi satılıb. Alıcı ölkələr isə Azərbaycan, ABŞ, BƏƏ, Türkiyə, Sinqapur, Hong Kong, Qırğızıstan, Özbəkistan və Ukrayna olub. Əməliyyatların ümumi məbləği 264 milyon 280 min ABŞ dollarını keçib.