EYOF Bakı 2019-da atletika yarışlarının dördüncü günündə 11 növdə qaliblər müəyyənləşib


Digərləri 26 İyl 2019 00:39:41 248 0

EYOF Bakı 2019-da atletika yarışlarının dördüncü günündə 11 növdə qaliblər müəyyənləşib

İyulun 25-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının dördüncü gününün axşam sessiyasında 11 növdə final yarışları keçirilib

Bakı. İyulun 25-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının dördüncü gününün axşam sessiyasında 11 növdə final yarışları keçirilib. Trend-in məlumatına görə, oğlanlar arasında 200 metr məsafəyə qaçış yarışında İtaliya təmsilçisi Federiko Cuqlielmi çempion adını qazanıb. Danimarkalı Tarzana Kamanqa-Dirbak ikinci, polşalı Oliver Vdovik üçüncü yerdə qərarlaşıblar. Qızların 200 metr məsafəyə qaçışında irlandiyalı Raşidat Adeleke fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Macarıstanlı Mira Koszegi gümüş, fransalı Serena Kousi isə bürünc medala sahib olub. Atletika üzrə qızlar arasında 400 metr məsafəyə maneələrlə qaçış yarışında ispaniyalı Salma Seleste Paralluelo 55,95 saniyə nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 59,05 saniyə nəticə ilə norveçli Andrea Rut sahib olub. İlk üçlüyü fransalı Madelin Abeqa (59,28) tamamlayıb. Oğlanlar arasında 400 metr məsafəyə qaçış yarışında qızıl medalı isveçli Emil Yohansson sahib olub. Gümüş medala polşalı Patrik Qrzeqorzeviç, bürünc medala isə macarıstanlı Attila Molnar layiq görülüblər. Atletika yarışlarında qızlar arasında 2000 metr məsafəyə maneələrlə qaçış yarışında birinci pilləyə almaniyalı Blanka Doerfel yüksəlib. İkinci pillədə macarıstanlı Qreta Varqa, üçüncü pillədə isə norveçli Siqrid Alvik qərarlaşıblar. Atletika üzrə oğlanlar arasında çəkicatma yarışında bolqarıstanlı Valentin Andreev 82,72 metr nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 81,06 metr nəticə ilə almaniyalı Merlin Hummel layiq görülüb. Bürünc medalın sahibi isə fransalı Jan-Baptiste Brukselle (78,44 m) olub. Qızlar arasında çoxnövçülük yarışında Finlandiya təmsilçisi Saqa Vanninen çempionluğunu rəsmiləşdirib. Norveçli Henriette Yaeger gümüş, yunanıstanlı Anastasiya Draqomirova isə bürünc medala yiyələniblər. Uzunluğa tullanma üzrə qızların yarışında ukraynalı atlet Mariya Horielova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Norveç təmsilçisi Mia Lien gümüş, finlandiyalı Nea Lento isə bürünc medalla kifayətləniblər.