Antibiotik qəbulu zamanı qidalanma – Hansı qidalar


Digərləri 25 İyl 2019 20:55:00 300 0

Antibiotik qəbulu zamanı qidalanma – Hansı qidalar

Antibakterial təsirli dərmanlar orqanizmdə bakterial mənşəli infeksiyalar zamanı təyin olunur. Bu dərmanı yalnız həkim təyin etməlidir, özbaşına lazım oldu-olmadı aptekdən antibiotik alıb qəbul etmək olmaz. Çünki antibiotiklərin yan təsirləri  çoxdur. İlk  növbədə antibiotiklər həzm orqanları, bağırsaqlara mənfi təsir edir, qələvi-turşu mühitini orqanizmdə pozur, faydalı bakteriyaları da öldürür: ürəkbulanma, köp, diareya və s başlayır.

Antibiotiklə müalicə zamanı xəstə qidalanmasını dəyişməli, dərmanın təsirini azaldacaq ərzaqlar yeməməli, bağırsaqları qısa müddətdə bərpa edəcək menyu seçməlidir.

Son.az medicina.az-a istinadən antibiotik qəbul edilən ərəfədə orqanizm üçün gücləndirici qidalanma qaydalarını təqdim edir.

Probiotik və prebiotiklər   Bunlar antibakterial terapiya zamanı çox həkimlərin təyin etdiyi vasitələrdir. Probiotik faydalı bağırsaq bakteriyalarıdır. Antibiotiklərdən sonra onları qəbul etdikdə həzm düzəlir, bağırsaq normallaşır, orqanizm tez özünə gəlir. Prebiotik isə bağırsaq mikroflorası üçün faydalı qidadır. Balansı bərpa edir. Prebiotik mənbəyi laktobakteriyalı yoqurtlar, xüsusi səhər yeməkləri, bəzi növ çörəklər, süd məhsulları ola bilir.   Düzdür, son elmi tədqiqatlar probiotiklərin faydasını şübhə altına alıb və artıq faydasız hesab edir, amma hələ ki, başqa çıxış yolu yoxdur. Yaxşı olar ki, antibiotik qəbulu bitdikdən sonra kefir, təmiz qatıq və yoqurt qəbulunu artırasız.

Fermentləşdirilmiş tərəvəzlər - şoraba

Onlar da faydalı bakteriyalar mənbəyidir. Duza qoyulmuş kələm, kvas, duzlu xiyar bu siyahıya aiddir. Eləcə də bir çox pendir növləri bu təsiri göstərir.

K vitamini ilə zəngin ərzaqlar

Qanın normal koaqulyasiyasını bərpa edir, faydalı bakteriyalar üçün vacibdir. Kələm, ispanaq, turp, cəfəri, kahı bol yeməlisiz.