Ağır sənaye və maşınqayırma müəssisələri üçün enerjidən səmərəli istifadə ilə bağlı metodik vəsait hazırlanıb (FOTO)


Digərləri 25 İyl 2019 20:47:19 68 0

Ağır sənaye və maşınqayırma müəssisələri üçün enerjidən səmərəli istifadə ilə bağlı metodik vəsait hazırlanıb (FOTO)

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin “Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi” bəndinin icrası ilə bağlı müzakirələr aparılıb.

Bakı. Energetika Nazirliyində İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “Azərişıq” ASC, eləcə də ağır sənaye və maşınqayırma müəssisələrinin nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin “Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi” bəndinin icrası ilə bağlı müzakirələr aparılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə müvafiq bənd üzrə ağır sənaye və maşınqayırma müəssisələri üçün enerjidən səmərəli istifadə ilə bağlı Energetika Nazirliyi və “Azərişıq” ASC tərəfindən hazırlanmış metodik vəsaitin təqdimatı keçirilib. Energetika nazirinin müavini Samir Vəliyev davamlı enerjinin əsas komponentlərindən biri olan enerji səmərəliliyinin sənaye müəssisələrində tətbiqi ətraf mühitə təsirlərin azaldılması ilə yanaşı bu müəssisələrin fəaliyyətində məhsuldarlığa və inkişafa töhfə verəcəyini bildirib. Enerji səmərəliliyi ilə bağlı məsələlərin həllini tapması, zəruri texniki və maliyyə dəstəyinin təmin edilməsi üçün hüquqi bazanın yaradılmasının vacibliyini vurğulayan nazir müavini deyib ki, hazırda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi baxılmaqdadır. Samir Vəliyev həmçinin İRENA (Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi), İEA (Beynəlxalq Enerji Agentliyi) kimi beynəlxalq qurumların təhlilləri və qabaqcıl təcrübəyə əsaslanaraq hazırlanmış bu metodiki vəsaitin enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsinə müsbət təsir edəcəyini və tövsiyə xarakterli belə materialların 2020-ci ildə də hazırlanacağını diqqətə çatdırılıb. Sonra “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Araz Məmmədzadə kitabçada əksini tapmış enerji səmərəliliyi, onun faydaları, enerji səmərəliliyi indeksi, sənaye sektorunda enerji səmərəliliyində öncəlik, enerjiyə olan tələbatın idarəedilməsi, enerji səmərəliyini idarəetmə sistemləri, enerjiyə qənaət tədbirləri, sənaye müəssisələrində səmərəliliyin imkanları ilə bağlı təkliflər və tövsiyələrə dair geniş təqdimatla çıxış edib.
Həftədə 3 tikə balıq yemək bağırsaq xərçənginin like
  • 25 İyl 20:45  
Digərləri Həftədə 3 tikə balıq yemək bağırsaq xərçənginin

Alimlər bağırsaq xərçəngindən qorunmaq üçün həftədə 3 tikə yağlı

arrow Ətraflı
Beynində 25 şiş olan qadına 6 ay vaxt qoydular, like
  • 25 İyl 20:40  
Digərləri Beynində 25 şiş olan qadına 6 ay vaxt qoydular,

Beyin insan orqanizmində ən mürəkkəb orqandır. Sinir sisteminin mərkəzi

arrow Ətraflı
Hövsanda avtomobillə vurulan qadın yerindəcə ölüb like
  • 25 İyl 20:35  
Digərləri Hövsanda avtomobillə vurulan qadın yerindəcə ölüb

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi ba

arrow Ətraflı
Marşal Jukov insultdan necə sağaldı? – 50 il əvvəl aparılmış like
  • 25 İyl 20:35  
Digərləri Marşal Jukov insultdan necə sağaldı? – 50 il əvvəl aparılmış

Rusiyalı alimlər 50 il əvvəl həkimlərin apardığı yeni innovasion trombo

arrow Ətraflı
Bu il Azərbaycanda yanğın hadisələri zamanı 36 nəfər həlak olub like
  • 25 İyl 20:33  
Digərləri Bu il Azərbaycanda yanğın hadisələri zamanı 36 nəfər həlak olub

2019-cu ilin I yarımilliyi ərzində Azərbaycanda baş vermiş yanğın hadis

arrow Ətraflı
Elmar Məmmədyarov diplomatik fəaliyyəti başa çatan Böyük Britaniya Səfirini qəbul edib like
  • 25 İyl 20:31  
Siyasət Elmar Məmmədyarov diplomatik fəaliyyəti başa çatan Böyük Britaniya Səfirini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrland

arrow Ətraflı
Ağlamaq ürək üçün çox faydalıdır – like
  • 25 İyl 20:30  
Digərləri Ağlamaq ürək üçün çox faydalıdır –

Müntəzəm olaraq ağlamaq ürək üçün faydalıdır. Bunu Avstraliya univers

arrow Ətraflı
Evdə plombir hazırla – Sovet dondurmasının dadında like
  • 25 İyl 20:25  
Digərləri Evdə plombir hazırla – Sovet dondurmasının dadında

QOST standartına uyğun hazırlanmış plombir mütləq süd, qaymaq, təzə yu

arrow Ətraflı
Qarğıdalı məhsulunun yığılması üçün 39 ədəd xeder ayrılıb (FOTO) like
  • 25 İyl 20:20  
Digərləri Qarğıdalı məhsulunun yığılması üçün 39 ədəd xeder ayrılıb (FOTO)

Azərbaycanda qarğıdalı və günəbaxan yığımına hazırlıq gedir

arrow Ətraflı
Şəkərli diabetdə ayaq ağrısı – Səbəblər, müalicə, like
  • 25 İyl 20:20  
Digərləri Şəkərli diabetdə ayaq ağrısı – Səbəblər, müalicə,

Diabet xəstələrində ayaq ağrısı, yanma hissi, ayaqlarda qan dövranı və

arrow Ətraflı
Davadərmandan qurtulmaq istəyirsizsə, bu 4 qidanı azaldın – Məşhur yapon like
  • 25 İyl 20:15  
Digərləri Davadərmandan qurtulmaq istəyirsizsə, bu 4 qidanı azaldın – Məşhur yapon

"Tonlarla dərmanı udmağı dayandırın, onlar sizi sağaltmayacaq, bu ç

arrow Ətraflı
Elmar Məmmədyarov diplomatik fəaliyyəti başa çatan Böyük Britaniya Səfirini qəbul edib like
  • 25 İyl 20:13  
Digərləri Elmar Məmmədyarov diplomatik fəaliyyəti başa çatan Böyük Britaniya Səfirini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlan

arrow Ətraflı