Davadərmandan qurtulmaq istəyirsizsə, bu 4 qidanı azaldın – Məşhur yapon


Digərləri 25 İyl 2019 20:15:00 225 0

Davadərmandan qurtulmaq istəyirsizsə, bu 4 qidanı azaldın – Məşhur yapon

"Tonlarla dərmanı udmağı dayandırın, onlar sizi sağaltmayacaq, bu çıxış yolu deyil". Bu sözlər məşhur yapon qastroenteroloqu Xiromi Şinyana aiddir. Sağlamlıq haqqında kitabların müəllifi olan həkimin müalicə prinsipi dərmandan öncə qidaya korreksiya etməkdən və ərzaqları düzgün nisbətdə  götürməkdən ibarətdir.

Son.az medicina.az-a istinadən bildirir ki, Xiromi Şinya heyvanmənşəli qidaların, xüsusən südün rasionda azaldılmasını məsləhət görür. "Süd məhsullarında turş yağlar var ki, onlar bağırsaqda zərərli bakteriyaları artırır. Bu da orqanizmdə sərbəst radikalların və toksinlərin çoxalmasına səbəb olur.

Nəticədə həzm pozulur, xəstə diabet və xərçəng olur. Həkim ətdən qəti imtina etməyi məsləhət görmür. O, rasionu belə balanslaşdırmağı tövsiyyə edir.  

Qidalanmanın düzgün balansı faiz nisbətində belə olmalıdır:

Gündəlik qidada:

50% - taxıl məhsulları, amma təmizlənməmiş halda. Buğda, çovdar, yarma, vələmir, cilalanmamış yabanı düyü və s. Məhz onlar karbohidratların sürətlə mənimsənilməsinin qarşısını alır, həzmi yaxşılaşdırır.

40% - Meyvə -tərəvəz olmalıdırVitamin, mineral, sellüloza, mikroelementlər yalnız bunlardan alınır. Xüsusən çiy formada.

10-15% - ət və ət məhsulları. Onun da çoxu toyuq, quş əti olmalıdır. Çox ət yemək orqanizmi tez çürüdür, onların həzminə çox enerji sərf olunur, insan qocalır.