Filipp Kirkorovun İçərişəhərdə qutab keyfi FOTO


Şou-biznes 25 İyl 2019 19:33:00 227 0

Filipp Kirkorovun İçərişəhərdə qutab keyfi  FOTO

"JARA-2019" Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya gəlmiş Rusiyanın Xalq artisti Filipp Kirkorov İçərişəhərdə olub.

Son.az Trend-ə istinadən bildirir ki, müğənni İçərişəhərdə məşhur "Brilliant əl" filminin çəkildiyi küçəyə gedib, dadlı Azərbaycan mətbəxinə qonaq olub. Müğənni milli mətbəxdən olan qutabları daha çox bəyənib.

Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Bakıda keçiriləcək. Bu mötəbər festivalda Layma Vaykule, Jasmin, Qriqoriy Leps, Loboda, Timati, Serqey Lazarev, Valeriya və digər məşhur müğənnilər iştirak edəcəklər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.