Poroşenko Dövlət İstintaq Bürosunda dindirilir


Dünya 25 İyl 2019 19:39:00 246 0

Poroşenko Dövlət İstintaq Bürosunda dindirilir

Ukraynanın sabiq prezidenti, "Avropa həmrəyliyi" partiyasının lideri Petro Poroşenko Dövlət İstintaq Bürosuna gedib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, rəsmi olaraq 8 avqustda dindirilməyə çağırılsa da, bu gün sorğu-sual olunmaq üçün büroya gedib.

Qurumun mətbuat katibi Anjelika İvanova keçmiş dövlət başçısının 1 saatdan az olmayaraq dindiriləcəyəyini bildirib.

Qeyd edək ki, hazırda büro Poroşenkonun dövlətə xəyanət də daxil olmaqla fiqurantı olduğu 8 cinayət hadisəsi ilə bağlı araşdırma aparır.