Deputat: Azərbaycan beynəlxaq arenada uğurlu idman ölkəsi kimi tanınır


Digərləri 25 İyl 2019 17:52:00 196 0

Deputat: Azərbaycan beynəlxaq arenada uğurlu idman ölkəsi kimi tanınır

Azərbaycanda bütün sahələr kimi, idman da böyük uğurla inkişaf etdirilir.

Bakı. Elçin Mehdiyev – Hazırda Azərbaycanda bütün sahələr kimi, idman da böyük uğurla inkişaf etdirilir. Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hüseynbala Mirələmov deyib. Deputat bildirib ki, bu sahənin inkişafı Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir: “Dövlət Azərbaycan idmanının inkişafı üçün konkret və ardıcıl addımlar atmaqda davam edir. Cənab Prezidentin idmana və idmançılara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan beynəlxaq arenada uğurlu idman ölkəsi kimi tanınır”. H.Mirələmov vurğulayıb ki, bu gün Azərbaycan təkcə mühüm beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, mədəni forum və simpoziumlara deyil, eləcə də ən mötəbər beynəlxalq idman tədbirlərinə də uğurla ev sahibliyi edir: “Azərbaycan idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının keçirilməsində böyük təcrübəyə malik nüfuzlu idman ölkəsidir. Hazırda Bakıda reallaşan və Avropanın 48 ölkəsindən təqribən üç mindən çox gənc idmançının iştirak etdiyi XV Avropa Gənclər Yay Olimpiya Festivalının ən yüksək səviyyədə təşkili və nailiyyətlərlə zəngin gedişatı da Azərbaycanın idman imicinə daha bir parlaq rəng qatıb, dünyanın diqqətini yenidən respublikamıza yönəldib.