Neftçalada dənizdə batan 3 nəfərdən 2-nin meyiti tapılıb


Digərləri 25 İyl 2019 17:03:02 191 0

Neftçalada dənizdə batan 3 nəfərdən 2-nin meyiti tapılıb

Neftçala rayonu ərazisində qeyri-çimərlik zonada batan 3 nəfərdən 2-nin meyiti tapılıb.

Bakı. Neftçala rayonu ərazisində qeyri-çimərlik zonada batan 3 nəfərdən 2-nin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dünən Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərdən ikisinin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Digər şəxsin axtarışları davam etdirilir.