Qadının mədəsindən pul və qızılzinət çıxardılar


Dünya 25 İyl 2019 16:48:00 229 0

Qadının mədəsindən pul və qızılzinət çıxardılar

Hindistanda maraqlı cərrahiyə əməliyyatı aparılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Qərbi Benqaliya ştatında cərrahlar 25 yaşlı qadının mədəsindən 1,5 kiloqram sikkə və qızıl-zinət əşyası çıxarıblar.

Qadının psixi problemləri olduğu da qeyd edilib.

Xəstənin anası isə hər dəfə evdən sırğa, bilərzik, qızıl zəncir itdiyini hiss etdiklərini bildirib. Lakin onlar itən qızıl-zinət əşyaları ilə bağlı qızlarından soruşduqda o ağlayıb, cavab verməyib.