SOCAR Gürcüstanda yeni qaz kəmərləri sahəsi alıb


Digərləri 25 İyl 2019 15:45:03 243 0

SOCAR Gürcüstanda yeni qaz kəmərləri sahəsi alıb

Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə şirkəti "SOCAR Georgia Gas" 94 qaz kəməri sahəsi alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qaz kəmərləri sahəsi Gürcüstan hökumətinin qərarı ilə 8,3 milyon dollara satılıb.

Qeyd edək ki, Gürcüstanda qaz kəmərləri bütün ölkə ərazisini əhatə edir və əsas hissəsi Zestafon, Kasp və Lançxut rayonlarında yerləşir.