Hacıqabulda 30 uşaq günərzi xidmətlərlə əhatə olunub (FOTO)


Digərləri 25 İyl 2019 15:44:00 188 0

Hacıqabulda 30 uşaq günərzi xidmətlərlə əhatə olunub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişi əsasında “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən Hacıqabul rayonunda yaradılan Uşaq günərzi qayğı mərkəzinə 30 uşaq cəlb olunub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişi əsasında “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən Hacıqabul rayonunda yaradılan Uşaq günərzi qayğı mərkəzinə 30 uşaq cəlb olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, onlar övladlarını təkbaşına böyüdən valideynlərin sosial təhlükəli vəziyyətdə olan uşaqları, habelə aztəminatlı (sosial yardım təyin edilmiş) ailələrin uşaqlarıdır. Nazirliyin sifarişinə uyğun olaraq mərkəzin fəaliyyətində məqsəd bu kateqoriyadan olan uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, ümumən çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsidir. Zəruri təchizat işlərinin aparıldığı mərkəzdə uşaqlar gündəlik olaraq və yarımstasionar formada xidmətlərlə təmin olunurlar. Uşaqların təlim-tərbiyəsi, qidalanmaları, eləcə də müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır. Onların asudə vaxtının maraqlı keçməsi üçün mütəmadi olaraq ekskursiyalar, müxtəlif gəzintilər də təşkil edilir.