Bakıda bacısına bıçaqla çoxsaylı xəsarət yetirən şəxs saxlanılıb


Digərləri 25 İyl 2019 14:24:00 170 0

Bakıda bacısına bıçaqla çoxsaylı xəsarət yetirən şəxs saxlanılıb

Bacısının qarın nahiyəsinə bıçaqla çoxsaylı xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı. İyulun 24-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini B.Əliyev münaqişə zəminində bacısı Səbinənin qarın nahiyəsinə bıçaqla çoxsaylı xəsarət yetirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində B.Əliyev saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.