Məcburi köçkünlər məskunlaşan tikilidə yanğın:


Digərləri 25 İyl 2019 13:59:31 225 0

Məcburi köçkünlər məskunlaşan tikilidə yanğın:

Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.