Sabah hava paytaxtda küləkli, rayonlarda yağışlı olacaq


Digərləri 25 İyl 2019 12:55:00 216 0

Sabah hava paytaxtda küləkli, rayonlarda yağışlı olacaq

Sabah gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-24, gündüz 29-33, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.