Kanalı uçaraq keçməyə çalışan ixtiraçı suya düşdü


Digərləri 25 İyl 2019 12:48:00 281 0

Kanalı uçaraq keçməyə çalışan ixtiraçı suya düşdü

Fransız ixtiraçı Franky Zapata iyul ayının 14-də öz "flyboard"ı ( uçuş taxtası ) ilə Parisin mərkəzi küçələrinin üzərində uçaraq dünya mediasının diqqətini çəkmişdi.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, onun ikinci cəhdi uğursuz alınıb. La-manş boğazını keçməyə çalışan ixtiraçı suya düşüb.

O, enməsi üçün nəzərdə tutulan məkanı tapa bilmədiyinə görə suya düşüb.

"Uçmağın yeni üsulunu yaratmışıq. Bizim qanadlara ehtiyacımız yoxdur. Siz quş kimi uçacaqsınız", - Franky Zapata ixtirasi ilə bağlı danışarkən söyləyib.


Xəbərə aid fotolar