"Unibank" biznes sahiblərinə cəmi 6 faizdan başlayan biznes kreditləri təklif edir


Digərləri 25 İyl 2019 11:14:00 210 0

"Unibank" biznes sahiblərinə cəmi 6 faizdan başlayan biznes kreditləri təklif edir

"Unibank" biznes sahiblərinə aşağı faizlə biznes kreditləri təklif edir.

Bakı. "Unibank" biznes sahiblərinə aşağı faizlə biznes kreditləri təklif edir. Bankın İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlığı çərçivəsində ayırdığı biznes kreditlərindən faydalanan sahibkarların sayı artmaqdadır. Bu kreditin üstünlüyü çox sərfəli faizli olması ilə yanaşı, "Unibank" tərəfindən biznes sahiblərinə sənədləşmə işində yaxından dəstək olunması və kreditin operativ şəkildə ayrılmasıdır. Ayrılan zəmanətli kreditlərin maksimal həddi 5 milyon manatdır. Mövcud bazar şərtləri ilə müqayisədə bir neçə dəfə daha aşağı faizlə verilən bu kreditlər, sahibkarlara bizneslərini böyütmək üçün çox əlverişli imkan yaradır. Kreditin biznes sahəsindən asılı olaraq 7 ilədək verilməsi, bu məhsulu biznes sahibləri üçün daha da cəlbedici edir. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ayrılan kreditləri “Unibank”dan əldə etmək sahibkarlara aşağıdakı üstünlükləri verir: - Kredit müraciətinə bank tərəfindən operativ baxıldığı üçün daha tez müddətdə verilir; - Fond tərəfindən tələb olunan sənədlərin hazırlanmasında bank əməkdaşları sahibkara yaxından kömək edir; - Daha aşağı məbləğli girovlar da bank tərəfindən qiymətləndirilir ki, kredit sahibkara daha əlçatan olsun;