Qaziantepdə fabrika yanır, xəsarət alan var


Dünya 25 İyl 2019 08:18:00 229 0

Qaziantepdə fabrika yanır, xəsarət alan var

Türkiyənin Qaziantep şəhərində plastik istehsalı üzrə fabrika yanır.

Son.az Trend-ə istinadən bildirir ki, yanğının söndürülməsi üçün 70 yanğınsöndürən və 48 ədəd texnika cəlb edilib.

Yanğın nəticəsində 1 nəfər xəsarət alıb. Ona hadisə yerində tibbi yardım göstərilib.

Yanğını söndürülüməsi istiqamətində işlər davam etdirilir.