Korporativ sektor “Windows 10” sisteminə keçir


Digərləri 25 İyl 2019 07:21:00 273 0

Korporativ sektor “Windows 10” sisteminə keçir

Kibertəhlükəsizlik texnologiyaları üzrə ixtisaslaşmış "Duo Security" şirkəti korporativ sektorda "Windows 10" sisteminin liderliyi haqqında məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, "Duo Security" proqramlarından istifadə edənlərin təxminən 66%-i bu proqram təminatını "Windows 10" sistemində işə salıblar. "Windows 7" sistemində bu göstərici 29% təşkil edib.

14 yanvar 2020-ci il tarixində "Windows 7" əməliyyat sisteminin ödənişsiz dəstəyi dayandırılır və "Microsoft" korporasiyası istifadəçilərə yeni "Windows 10" sisteminə keçid haqqında xatırlatmağa davam edir.

Lakin "Microsoft" korporasiyası "Windows 7" sisteminin genişləndirilmiş dəstəyini təklif edəcək. Bu dəstək ödənişli olacaq və kompüter avadanlığı çox olan şirkətlərə baha başa gələcək.