Zəmanə gəncləri necə tanış olub evlənir? İnternet, barlar...


Digərləri 24 İyl 2019 23:50:00 289 0

Zəmanə gəncləri necə tanış olub evlənir?  İnternet, barlar...

Stenford Universitetinin apardığı araşdırmaya görə, sosial şəbəkələr vasitəsilə tanış olub ailə quran cütlüklər hər il artır.

Son.az xəbər verir ki, Amerikanın Kalifoniya ştatında yerləşən Stenford Universiteti cütlüklərin tanışlıq yollarına dair ətraflı araşdırma aparıb. Bu araşdırma sayəsində keçmişdən bu günə qədər insanların tanışlıq üsulları təsvir edilib.

1. 1995-ci ildə araşdırmaya qatılan 5 min cütlükdən yalnız 2 %-i internetdən tanış olub, bu faizlər 2017-ci ildə 39 %-ə yüksəlib.

2. 1995-ci ildə araşdırmaya qatılan cütlüklərin çoxu ailələri vasitəsi ilə tanış olaraq nikah bağlayıb, lakin bu rəqəm 2017-ci ildə 7 %-ə düşüb.

3. 1995-ci ildə ailələrin 33 faizi dostlarının sayəsində tanış olub, maraqlıdır ki, bu rəqəm də 2017-ci ildə 20 %-ə enib.