Bu 7 əlamət varsa, proktoloqa getməyin vaxtıdır SİYAHI


Digərləri 24 İyl 2019 22:04:00 246 0

Bu 7 əlamət varsa, proktoloqa getməyin vaxtıdır  SİYAHI

Proktoloq duz bağırsağı müayinə və müalicə edən həkimdir. Xəstələrin  arzulamadığı və müayinəsinə getməkdən boyun qaçırdıqları ixtisasdır. Proktoloji xəstəliklər barədə hətta doğmalara belə danışmaq çox xəstələr üçün utancvericidir. Proktoloqun anus dəliyi rektal müayinəsi - yəni ilk olaraq əllə baxması isə vəziyyəti lap qəlizləşdirir.

Son.az medicina.az-a istinadən proktoloqa getməyi vacib edən 7 əlaməti təqdim edir.

1.Ağrı və şişkinlik

Duz bağırsaq çıxacağında ağrı, şişkinlik, tualetə gedərkən narahatlıq, qaşınma, qızartı varsa, çox güman ki, sizdə dünya əhalisinin 25% də rast gəlinən anal çat və ya babasil əlamətləridir.  Lakin hazırda babasil olduğunu güman edən bir çox xəstələrdə düz bağırsağın şişi aşlarlandığı üçün siz bu mütləq babasildir deyib arxayın olmamalısız. Nə qədər istəməsəz də, müayinəni yalnız və yalnız proktoloq edəcək.

2.Düz bağırsaqdan pis qoxulu axıntı, selik, qaşıntı

Çox güman ki, bu iltihabi proses - ptoktit və ya cinsi yolla keçən infeksiyaların olduğunu göstərir. Kiçik çanaq əzələlərinin spazmı - proktalgiya zamanı isə kəskin ağrı bir neçə saat davam edir. Ağrıkəcisi qəbulu ilə vəziyyəti ört-basdır etməyin. Ola bilər irinli abses, ətraf toxumalarda irin, sviş yaranıb. 

3.Bağırsağın işində pozulmalar

Qəbizlik, diareya, ishal müntəzəm baş verirsə və 3-4 gündən artıq davam edirsə, proktoloji müayinə mütləqdir. Bu, düz bağırsaqda şiş, iltihab, irinli proses olduğunu göstərir.

4.Anus nahiyədə şiş, düyün

Adətən bu düyünlər xarici babasil düyünləri və ya artıq çölə çıxmış daxili düyünlər olur. Amma bunlar anus ziyili və kontagioz da ola bilər. Əgər düyünlərə əl vurduqda, əyləşdikdə ağrı varsa, bu artıq tromblaşmış düyün və irinli, iltihablı ocaqdır. Nadir halda düyün bədxassəli şiş də çıxır.

5.Güclü qaşınma