Niyə 47 ildir Aya səyahət təşkil olunmur? NASAnın türk mütəxəssisi açıqladı


Digərləri 24 İyl 2019 21:59:00 279 0

Niyə 47 ildir Aya səyahət təşkil olunmur?  NASAnın türk mütəxəssisi açıqladı

Yer planetinin peyki Aya səyahət "Apollo 11"lə ilk dəfə insanın onun səthinə ayaq basmasının 50-ci ildönümündə yenidən gündəmə gəlib.

Son.az xəbər verir ki, Soyuq Müharibənin ən qızğın vaxtında kosmik irəliləyişlər əldə olunsa da, 47 ildir ki, Aya səyahət təşkil edilmir.

Belə ki, Aya sonuncu dəfə 1972-ci ildə gedilib. Amerika Aviasiya və Kosmos İdarəsinin (NASA) türkiyəli əməkdaşı Umut Yıldız tvitter hesabından bu maraqlı mövzunun səbəbini açıqlayıb.

1970-ci illərdə Aya səyahətin SSRi ilə ABŞ arasındakı mübarizənin bir parçası olduğunu qeyd edən NASA işçisi bildirib ki, Sovet İttifaqı zəifləməyə başladıqdan sonra Yerin peykinə gedilməsi üçün büdcə ayrılmayıb. Buna görə də səyahət gerçəkləşdirilmir. (publika.az)