Nəsli tükənməkdə olan qəbilə


Digərləri 24 İyl 2019 21:40:00 227 0

Nəsli tükənməkdə olan qəbilə

Braziliyanın Amazon meşələrində sivilizasiyadan kənar yaşayan Ava qəbiləsi aşkarlanıb.

Son.az xəbər verir ki, modern dünya ilə heç bir şəkildə təmas qurmayan bu qəbilənin taleyi təhlükə altındadır.

Ehtimala görə, illər öncə sayları onminlərlə olan qəbilə üzvlərindən bu gün yalnız 400-500 nəfər yaşayır. Onların sayının azalmasının ən böyük səbəbi təbiətin məhv olmasıdır.

Qəbilənin ova çıxdığı zaman çəkilən görüntülərində gənc bir üzvünün yerdən tapdığı bıçağı qoxlayaraq nəzərdən keçirdiyi lentə alınıb.

Bildirilir ki, Avalar heç bir topluluqla təmas qurmur. 519 ildir ki, öz həyatlarını bu şəkildə davam etdirirlər. Böyük meşələrin dərinliklərinə yaşayırlar.