Hindistan kosmosda ilk hərbi təlimlərini keçirəcək


Dünya 24 İyl 2019 20:10:00 204 0

Hindistan kosmosda ilk hərbi təlimlərini keçirəcək

Hindistan Silahlı Qüvvələri həftəsonu ölkə tarixində ilk dəfə kosmosda hərbi təlimlər keçirməyi planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, təlimlər "İndSpaceEx" adlanır.

Daha öncə Hindistanın baş naziri Narendra Modi demişdi ki, Hindistan öz maraqlarını kosmosda qorumaq üçün şərait yaratmalıdır.

Baş nazir Hindistanın artıq kosmik ölkə olduğunu da vurğulamışdı.