Sponsor "Barselona"ya verdiyi maşınları geri istəyir - SƏBƏB?


Digərləri 24 İyl 2019 19:59:22 207 0

Sponsor "Barselona"ya verdiyi maşınları geri istəyir - SƏBƏB?

"Barselona"nın "Audi" şirkəti ilə əməkdaşlığı sona çatıb.

Bakı. "Barselona"nın "Audi" şirkəti ilə əməkdaşlığı sona çatıb. Trend-in məlumatına görə, tərəflər arasında müqavilənin müddəti iyun ayının 30-da bitib. Bununla əlaqədar məşhur avtomobil konserni sponsorluq müddətində Kataloniya klubunun futbolçularına pulsuz verilən maşınların geri qaytarılmasını tələb edib. Futbolçuların nəzərinə çatdırılıb ki, Asiya toplanışından sonra avtomobillər "Audi" şirkətinə təhvil verilməlidir. Qeyd edilir ki, "Barselona"lı oyunçuların səfər zamanı tez-tez rəqib şirkətlərin avtomobillərindən istifadə etməsi "Audi"nin narazılığına səbəb olub.