Azərbaycan gimnastı: Azarkeşlərin dəstəyi çox kömək edir


Digərləri 24 İyl 2019 17:00:00 200 0

Azərbaycan gimnastı: Azarkeşlərin dəstəyi çox kömək edir

Tamaşaçıların dəstəyi çox kömək edir və həvəsləndirir

Bakı. Cani Babayeva - Tamaşaçıların dəstəyi çox kömək edir və həvəsləndirir. Bunu Trend-ə "EYOF Bakı-2019"da idman gimnastikası üzrə yarışlarda çıxış edən Azərbaycan gimnastı Milana Minakovskaya deyib. Azərbaycan idmançısı bildirib: "Tapşırıqlarımı icra edərkən yıxıldım, amma komanda dostlarım və tamaşaçılar məni çox dəstəklədilər. Çıxışımdan sonra məşqçimlə söhbət etdim, buraxdığım səhvləri müzakirə etdik". O qeyd edib ki, "EYOF Bakı-2019" çərçivəsində yarışlar onun üçün çox vacibdir. XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü davam edir.