Rusiyalı gimnastlar: "EYOF Bakı 2019"da Qızıl medal qazanmağa çalışacağıq


Digərləri 24 İyl 2019 16:00:48 183 0

Rusiyalı gimnastlar: "EYOF Bakı 2019"da Qızıl medal qazanmağa çalışacağıq

Rusiyalı gimnastlar Viktoriya Listunova və İrina Komnova "EYOF Bakı-2019"da idman gimnastikası üzrə yarışlarda komanda çıxışında qızıl medal qazanmağa ümid etdiklərini bildiriblər.

Bakı. Cani Babayeva - Rusiyalı gimnastlar Viktoriya Listunova və İrina Komnova "EYOF Bakı-2019"da idman gimnastikası üzrə yarışlarda komanda çıxışında qızıl medal qazanmağa ümid etdiklərini bildiriblər. V.Listunova Trend-ə deyib: "Bakıda ilk dəfədir ki, çıxış edirəm. Milli Gimnastika Arenasına vuruldum, çox rahatdır. Burada bizim üçün hər cür şərait yaradılıb, hazırlaşmaq, adaptasiya olmaq üçün yetərincə vaxt verildi". Rusiyalı gimnast şəhərdə gəzmək istəyini də dilə gətirib: "Bakıda gəzmək, İçərişəhərdə olmaq istəyirik. Bilirik ki, İçərişəhərdə məşhur "Brilliant əl" filmi çəkilib". İ.Komnova isə deyib ki, çıxışları zamanı həyəcanlanıb: "Bu səbəbdən də bəzi səhvlərim oldu. Həyəcanımı dəf etməyə çalışıram, amma hələ alınmır. Məşqlər zamanı proqramımı çox yaxşı yerinə yetirmişdim. EYOF bizim üçün çox vacib mərhələdir, çünki belə bir yarışı ilk dəfədir keçirik. Bakıdakı arena isə çox gözəldir, idman qurğuları yaxşıdır". XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü davam edir.