Lənkəranda “Mercedes” aşdı - Ölən və xəsarət alanlar var


Digərləri 24 İyl 2019 15:32:00 263 0

Lənkəranda “Mercedes” aşdı - Ölən və xəsarət alanlar var

Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 23-də saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Bakı şəhər sakini V.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Azadə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.