"Şeytan deyir ki, onları məhv elə, sonra dadını çıxar"


Şou-biznes 24 İyl 2019 14:39:00 367 1

"Şeytan deyir ki, onları məhv elə, sonra dadını çıxar"

Bəzən insanlar törətdikləri pis əməlləri şeytanın boynuna atmaqla, canlarını qurtarmaq istəyirlər. Bu insanlar sırasında, sözsüz ki, tanınmış simalar da var.

Özləri də etiraf edir ki, şeytan onları yoldan çıxarır. Bunu axşam.az-ın "İçinizdəki şeytan nə deyir" sualını cavablandırarkən qeyd ediblər:

Bəstəkar-müğənni Murad Arif:

"İçimdəki şeytan deyir ki, "Murad bəsdir, işlədin, partlatdın! Çəkil kənara, çıx gündəmdən, qoy uğursuz və işsiz müğənnilərin qəlbi sevinsin! Avara heyterlərin ürəyi rahatlasın". Amma mən Allahın sığınan məsum bir qul olduğum üçün şeytanı dinləməyəcəm. Hələ çox işləyib, nəticələrlə çoxuna qan udduracam".

Aktyor Türkay Cəfərli:

"İçimdəki şeytan deyir ki, nə qədər artıq adam varsa, məhv elə, sonra nəfəs almağın dadını çıxar".

Müğənni Aysel Əlizadə:

"Qəlbi Allah sevgisi ilə dolu olana şeytan heç bir şey deyə bilməz".

Aparıcı Zümrüd Bədəlova:

"Heç susur ki? Deyir ki, bütün işi-gücü at, baş götür, buralardan get. O biri şeytan da deyir ki, getmə, işlə ki, qışda bəhrəsini görəsən. Amma mən özüm şeytanam, içimdəki "şeytancıq" mənə qalib gələ bilməz".